Finss.az xəbər verir ki, ABŞ və Çin arasında yeni ticarət razılaşması gündəmdədir. Məlumata görə, Çin fentanil dərmanının istehsalında istifadə olunan kimyəvi maddələrin ixracına məhdudiyyət qoyarsa, ABŞ Çin məhsullarına tətbiq etdiyi bəzi tarifləri azaldacaq.
Mənbələrin bildirdiyinə görə, məsələ ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında yaxın günlərdə keçiriləcək danışıqlarda əsas müzakirə mövzularından biri olacaq.
Razılaşma çərçivəsində Pekin fentanil istehsalında istifadə olunan kimyəvi birləşmələrin ixracına nəzarəti sərtləşdirəcək, ABŞ isə bu səbəbdən 20%-lik tarifləri 10%-ə endirməyi nəzərdən keçirəcək.
Ekspertlərin fikrincə, bu addım həm ticarət münasibətlərinin yumşaldılmasına, həm də qlobal narkotik maddə dövriyyəsinin qarşısının alınmasına xidmət edə bilər.

